Modern.az

“Azərbaycanda yararlı torpaq qıtlığı mövcuddur” - Milli Məclisin ekspertindən XƏBƏRDARLIQ

“Azərbaycanda yararlı torpaq qıtlığı mövcuddur” - Milli Məclisin ekspertindən XƏBƏRDARLIQ

İqtisadiyyat

1 Avqust 2014, 10:45

“Azərbaycanda yararlı torpaq qıtlığı var”. Bunu Modern.az məlumatında Milli Məclisin Aqrar islahat komitəsinin eksperti Zahid Abbasov deyib. Hazırda şəhər və kənd rayonlarında torpaqların səmərəsiz paylanmasını diqqətə çatdıran ekspert bildirib ki, ölkədə torpaq islahatı aparılarkən bələdiyyələr üçün ayrıca torpaq fondu yaradılıb. “Bələdiyyə torpaqlarının bir hissəsi yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılıb. Xəritələrdə özəlləşən torpaqlar və dövlət mülkiyyətində qalan torpaqları ayrıca göstərilib”.

Z. Abbasov qeyd edib ki, torpaq fondu kəndin, rayonun gələcək inkişafı üçün nəzərdə tutulmuş torpağı əhali sayına və ehtiyacına görə müəyyənləşdirməli idi. Bələdiyyələr isə həmin normalarla bunu həyata keçirməli olsalar da bunu çox vaxt nəzərə almırlar. Z. Abbasov bildirib ki, kənd rayonlarında həyətyanı sahə üçün adambaşına 12 hektara qədər torpaq ayrılmalıdır. “Yerli özünüidarəetmə orqanları bunu nəzərə almırlar. Onlar qanundan kənar hərəkət edirlər. Əslində həmin torpaqlar 25 il müddətinə hesablanmalıdır. Əhalinin artımı nəzərə alınmalı idi ki, hər il nə qədər gənc insanlara torpaq ayrılmalıdır”.

Ekspert qeyd edib ki, bütün Azərbaycan əhalisini götürəndə adambaşına həyətyanı üçün cəmi yarım hektara yaxın torpaq düşür. O, Azərbaycanda ən əlverişli və yararlı hesab olunan bölgələri də vurğulayıb. “Hazırda ən əlverişli torpaqlar dağ rayonları hesab olunur: Quba, Qusar, Zaqatala, Şəki, Qax”. 

Qanundan kənar halların yaşanmamsı üçün cəza üsullarının ciddiləşdirilməsini vurğulayan ekspert məsələyə geniş yanaşmanın vacibliyi bildirib. “Qanunla qadağan olunur ki, təsərrüfat üçün ayrılmış torpaqlardan yaşayış üçün istifadə olunsun. Yalnız Nazirlər Kabinetinin qərarı ilə bu istifadə qaydası dəyişə bilər. Amma indi pay torpaqlarını da götürüb həyətyanı torpaqlar kimi istifadə edənlər var. Bu tamamilə qanuna zidd olan bir şeydir. Məsələ ciddiləşdirilməlidir. Sovet hökumətinin vaxtında yararlı torpaqları özbaşınalıqla həyətyanı edən şəxslər hətta həbs edilirdi. Bunun qarşısını almaq üçün cəza tədbirlərini ciddiləşdirmək lazımdır. Eyni zamanda bu işə baxan vəzifəli şəxslərdən yüksək dərəcədə nəzarət tələb olunur. Hər bələdiyyə torpaq fonu azaldıqca verdiyi torpağın həcmini azaltmalıdır. Qoy bu 12 hektar yox, 6 hektar olsun. Məsələn, Bakıda vətəndaşlara ancaq 4 sort torpaq verilə bilər”.

 

Məltəm Talıbzadə


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım