Modern.az

Xəbər saytlarının həqiqi təsisçiləri kimdir?

Xəbər saytlarının həqiqi təsisçiləri kimdir?

1 Avqust 2014, 11:03


Azərbaycanda sayt və portalların sayı gündən-günə çoxalır. Maraqlıdır, internet məkanında fəaliyyət göstərən xəbər saytlarının domenləri kimə məxsusdur?

Modern.az bu yöndə araşdırma aparıb. 

“Gün.az” informasiya saytının domeni elə baş redaktor Emil Quliyevə məxsusdur.

“Qafqazinfo.az”-ın domeni baş redaktor Elbrus Ərudun adına qeydiyyatdan keçib.

“Virtual.az” saytı isə “İnsan Hüquqları Uğrunda” İctimai Birliyin adına qeydiyyatdadır. Birliyin sədri isə saytın baş redaktoru Eynulla Fətullayevdir.

“Gündəlik Teleqraf” qəzeti qeydiyyatda “Gündəlik Teleqraf” MMC-nin adınadır. Saytın domeni isə baş redaktor  Aynur Camalqızına məxsusdur.

Azxeber.az saytı isə baş redaktor Hacıbəy Heydərlinin adınadır.

“AzVison. az”-ın baş redaktoru Vüsal Məmmədov deyir ki, sayt yeni açılanda texniki işlərdə onlara kömək edən Xanlar Ağalarov adlı gəncin adınadır. “O, ötən il hərbi xidmətə gedib və yenicə sıramıza qayıdıb”. 

“Azadinform.az”-ın domeni isə baş redaktor  Niyaz Niftiyevə məxsusdur.

“Mövqe.az”  saytı Mövqe MMC-nin adınadır.

Nəhayət, “Modern.az” informasiya saytı isə baş redaktor Elşad Eyvazlının adına qeyddiyyatdan keçib.

 

Məltəm Talıbzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza