“Dəfələrlə “Azadlıq” qəzetinin rəhbərliyinə güzəştə getmişik. Bu dəfə də müəyyən ödənişlər olsa, həll olunacaq. Gözləyirik ki, müəyyən ödəniş etsinlər, güzəştə gedək. Hələ qərar qəbul etməmişik. Aramızda nə vaxt danışığın olacağı onlardan asılıdır”.
Bunu Modern.az-a açıqlamasında “Azərbaycan” Nəşriyyatının direktor müavini Bəsti İsmayılova deyib.
Qeyd edək ki, “Azadlıq” qəzetinin 20 minlik borcunun olması əsas gətirilərək nəşrini dayandırılıb.
Misranə Həsənzadə