Modern.az

Ticarət Departamenti “20 Yanvar”dakı söküntüyə “göz yumur”

Ticarət Departamenti “20 Yanvar”dakı söküntüyə “göz yumur”

1 Avqust 2014, 13:58


“Dünəndən başlayaraq “20 yanvar” metrostansiyasının giriş-çıxışına ən yaxın ticarət köşkləri sökülür. Buna səbəb insanların təhlükəsizliyini və rahat gediş-gəlişini təmin etməkdir”. Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, onlar bu məsələni bir neçə dəfə müvafiq instansiyalara müraciət ediblər: “Keçiddəki obyektlərlə bağlı müvafiq instansiyalarda məsələ qaldırmışdıq ki, ticarət obyektləri insanların gediş-gəlişinə mane olur”.

N. Paşayev həmçinin orda işləyən obyektlərin metropolitenə aid olmadığını bildirib: “Onlar birbaşa metropolitenlə əlaqəli deyil. Obyektləri kim icarəyə veribsə, yəqin ki, sökülməsi ilə bağlı xəbərdarlıq ediblər. Bizim üçün isə əsas məsələ sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir”. Qeyd edək ki, “20 yanvar” stansiyasındakı keçid Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin tabeliyindədir. Departament isə bu məsələ ilə heç bir açıqlama verməyib.   Rüfanə GÜNƏŞ  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza