Modern.az

Qazaxda yaralanmış mülki şəxs əməliyyat olunacaq

Qazaxda yaralanmış mülki şəxs əməliyyat olunacaq

1 Avqust 2014, 14:55

 

“Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan Qazax rayonunun Məzəm kənd sakini, 44 yaşlı Çingiz Aslanov bu gün əməliyyat olunacaq”.

Bunu Modern.az-a açıqlamasında Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinin rəhbəri Kamandar İbrahimov deyib. Onun sözlərinə görə, kənd sakini dünən yaralanmasına baxmayaraq, xəstəxanaya bu gün gətirilib:

“Hazırda yaralının vəziyyəti yaxşıdır. Güllə yarası sağ bud nahiyəsindədir. Çalışacağıq ki, əməliyyat edib gülləni çıxaraq. Sabah, ya da o biri gündə evə buraxaq”.

Rüfanə GÜNƏŞ    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza