“Ev şəraitində müalicə olunuram. Yəni dərman, iynə, sistemdən istifadə edirəm”. Bunu Modern.az-a açıqlamasında xalq artisti Arif Quliyev deyib. Onun sözlərinə görə, səhhətindəki problem qan dövranı ilə bağlıdır:
“Beyinə gedən qan dövranı zəifləyib. Ötən ilin dekabr ayında Türkiyədə əməliyyat olunmuşam. Ona görə həkim icazə verməsə fəaliyyətimi davam etdirməyəcəm”. Xalq artisti deyir ki, sənət dostlarından çoxu onun ziyarətinə gəlib: “Düzü, gəlməklərini istəmirəm müalicə olunuram. Ən çox gələnlər Ramiz Əzizbəyli və İlham Namiq Kamaldır”.
Gülüş ustası yenə də zarafatından qalmır: “Yasamalda istirahətdəyəm. Sonra artıq fəaliyyətə başlayacağam. Yeni mövsümdə öz satira teatrımda tamaşa hazırlamağa başlayacağam. “Alış və Malışın sərgüzəştləri”ni tamaşaya qoyacağam.
Rüfanə GÜNƏŞ