Modern.az

Tansu Çillər Ekmeleddin İhsanoğluna “yox” dedi

Tansu Çillər Ekmeleddin İhsanoğluna “yox” dedi

1 Avqust 2014, 16:02


Türkiyənin keçmiş baş naziri Tansu Çillər bəzi media orqanlarında yer alan “prezident seçkilərində prezidentliyə namizəd Ekmeleddin İhsanoğluna dəstək verəcək” yönündə yayılan xəbərlərin reallıqdan uzaq olduğunu bildirib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çillər yaydığı yazılı açıqlamada bəzi media orqanlarında prezident seçkiləri ilə bağlı onun adından bəyanatların yer aldığını bildirib. Keçmiş baş nazir isə bunu açıqlayıb:
“Keçirdiyim  qəza  səbəbindən media ilə əlaqədən uzaq olduğum müddətdə bəzi internet xəbər saytlarında prezident seçkilərinə yönəlik şəxsimə aid olduğu bildirilən bəzi bəyanatlara yer verildiyini öyrənmişəm. Hörmətli Ekmeleddin İhsanoğluna dəstək verəcəyim yönündəki bu xəbərlər gerçək deyil”.

Modern.az       

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza