Modern.az

Kino xadimləri mükafatlandırıldı

Kino xadimləri mükafatlandırıldı

1 Avqust 2014, 16:49


Milli Kino günü münasibəti ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı illik mükafatlarının qaliblərini müəyyən edib. İttifaqın katibi Əlisa Cabbarovun Modern.az-a verdiyi məlumata əsasən Katibliyinin qərarı ilə “Parisdən məktublar” sənədli filminə görə kinorejissor Tahir Əliyev, “Sirli bənövşə” filminin təsvir həllinə görə , kinooperator Nizami Abbas, Milli Kinematoqrafiyaya verdiyi töhfələrə görə əməkdar mədəniyyət işçisi, səs rejissoru  Əsəd Əsədov təltif olunublar.

Hər il təqdim olunan, keçən  ilin yaradıcı uğurlarını qeyd edən mükafata ötən illər aktyorlardan Fəxrəddin Manafov, Fuad Poladov, animasiya rejissoru Firəgiz Qurbanova, sənədli kino ustası Ziya  Şıxlinski və kino rejissoru Fikrət Əliyev təltif olunub.

Elmin Nuri

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza