Modern.az

Müdafiə Nazirliyi təsdiqlədi: “8 hərbi qulluqçumuz şəhid olub” - SİYAHI

Müdafiə Nazirliyi təsdiqlədi: “8 hərbi qulluqçumuz şəhid olub”  - SİYAHI

1 Avqust 2014, 16:52

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. Modern.az saytının xəbərinə görə, rəsmi məlumatda deyilir:

“İşğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!".

Modern.az saytı şəhid hərbi qulluqçularımızın siyahısını təqdim edir:

1. İsə Almazov - Qazax rayonundan hərbi xidmətə çağırılıb 

2. Əli Rəhimov - Masallı rayonundan hərbi xidmətə çağırılıb

3. Mustafa Əlicoşqunov - Xaçmaz rayonundan hərbi xidmətə çağırılıb 

4. Səftər Məmmədov - Salyan rayonundan hərbi xidmətə çağırılıb

5. Elnur İbrahimov - Quba rayonundan hərbi çağırılıb

6. Vüqar Poladov - Tovuz rayonundan hərbi xidmətə çağırılıb

7. Hüseyn Abdinov - Sumqayıt şəhərindən hərbi xidmətə çağırılıb

8. Qaryağdı Əhmədov - Ağdam rayonundan hərbi xidmətə çağırılıb


Modern.az
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi