Modern.az

Mədət Quliyev 11 saylı cəzaçəkmə müəssisəsinin rəisini vəzifədən azad etdi

Mədət Quliyev 11 saylı cəzaçəkmə müəssisəsinin rəisini vəzifədən azad etdi

1 Avqust 2014, 16:58


Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik leytenantı Rasim Bayramov başqa işə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib, həmin vəzifənin müvəqqəti icrası ədliyyə polkovnik leytenantı Mahir Əliyevə həvalə edilib.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ədliyyə polkovnik-leytenantı Mahir Əliyev 6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini vəzifəsində çalışırdı.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza