Modern.az

Uorlikdən ÇAĞIRIŞ: “Atəşkəsə hörmət etmək lazımdır”

Uorlikdən ÇAĞIRIŞ: “Atəşkəsə hörmət etmək lazımdır”

1 Avqust 2014, 17:03


Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi, Azərbaycan tərəfinin 8 hərbçisinin şəhid olmasına ABŞ münasibət bildirib.

Modern.az saytının məlumatına görə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bu barədə özünün rəsmi twitter səhifəsində yazıb. O bildirib ki, təmas xəttində zorakılıq hallarının artması bizi ciddi narahat edir. Atəşkəsə hörmət etmək lazımdır”,-deyə C. Uorlik qeyd edib.

Xatırladaq ki, erməni kəşfiyyat-təxribat qrupları Azərbaycan sərhədinə girməyə cəhd edib. Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını alarkən 8 hərbçi şəhid verib. Faktı Müdafiə Nazirliyi də təsdiqləyib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza