Modern.az

Rüstəm İbrahimbəyovun MÜRACİƏTİ: “Əgər yanınızda olsaydım...”

Rüstəm İbrahimbəyovun MÜRACİƏTİ: “Əgər yanınızda olsaydım...”

1 Avqust 2014, 17:07


Sabah Azərbaycanda Milli Kino bayramı keçiriləcək. Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov son illərin məlum siyasi hadisələri səbəbindən Bakıya gəlmədiyindən kino xadimlərinə və təltif olunan üzvlərə öz təbrik müraciətini göndərib. Modern.az həmin müraciət sizlərə təqdim edir

“Kinematoqrafçılar İttifaqının bütün üzvlərini peşə bayramı münasibəti ilə təbrik edirəm. Son illərin ənənəsinə sadiq olaraq kino xadimlərimizin yaradıcılıq uğurlarını və Milli Kinomuza verdiyi töhfələri mükafatla təltif edirik.

Təəssüf edirəm ki, məndən asılı olmayan səbəblər üzündən mükafatları təqdim edilməsi mərasimində iştirak edə bilmirəm. Kinematoqrafçılar İttifaqı yarandığı vaxtlardan milli kinomuzun maraqlarını qoruyub, il boyu çəkilən uğurlu filmlərin müəlliflərini mükafatlarla təltif edib. Əgər bu günlər sizin yanınızda olsaydım, bu sözlərlə sizə müraciət edərdim: “Bilmirəm bu yaxşıdır yoxsa pis, amma bu bir faktdır ki, İttifaqımız heç vaxt siyasətlə məşğul olmayıb.

Əminəm ki, gec  və ya tez  ədalət bərpa olunacaq, təşkilatımız düşdüyü çətinliklərin öhdəsindən gələcəyik.” Hələliksə İttifaqın bütün üzvlərinə Azərbaycan kino tarixində layiqi  yerini tutacaq  vətəndaş şücaətinə görə minnətdarlığımı bildirirəm. Hamınızı bağrıma basıb, İttifaqın illik mükafatlarının qaliblərinin təbriklərinə qoşuluram”.

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza