Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.
Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin hərbiçi yoldaşları, kənd sakinləri iştirak ediblər. Müddətdən artıq xidmət edən Qaryağdı Əhmədov 1992-ci ildə Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub. O, ötən gecə şəhid olan 9 hərbçidən biridir.Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan giziri Almazov İsə Ziyad oğlu doğulduğu kənddə dəfn edilib.
Qazax rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə İsə Almazovun 4 övladı var. (APA)