Modern.az

İki tanınmış jurnalistə Prezident yanında Bilik Fondunda vəzifə verildi

İki tanınmış jurnalistə Prezident yanında Bilik Fondunda vəzifə verildi

1 Avqust 2014, 18:28


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb. Fonddan verilən məlumatda bildirilir ki, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşlar təyin edilib.

Modern.az-ın məlumatına görə, iki tanınmış jurnalistə də Bilik Fondunda vəzifə verilib. Belə ki, həmkarımız Ceyhun Musaoğlu  Fondun mətbuat katibi təyin edilib.

Digər təyinat tanınmış qələm sahibi Ramilə Qurbanlı ilə bağlıdır.  Ramilə xanım Prezident yanında Bilik Fondunun İnformasiya sektorunda məsləhətçi vəzifəsinə təyin olunub.
Bildirlib ki, iki jurnalistə vəzifə verilməsilə Bilik Fondu ictimaiyətlə daha sıx əlaqə yaratmağa zəmin yaradır.

Xatırladaq ki, Bilik Fondu prezident İlham Əliyevin 2014-cü il mayın 7-də imzaladığı fərmanla yaradılıb. Fondun nizamnaməsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının sədri və Oqtay Səmədov prezidentin digər sərəncamı ilə Fondun icraçı direktoru təyin edilib.

Tanınmış simalar Kamal Abdulla, Urxan Ələkbərov, Əhliman Əmiraslanov, Sabir Həsənli, Azərpaşa Nemətov, Sahibə Qafarova, Mübariz Qurbanlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi