Modern.az

Milli Məclisin deputatı Müdafiə Nazirliyini qınadı: “Salam veririk, salamı almırlar”

Milli Məclisin deputatı Müdafiə Nazirliyini qınadı: “Salam veririk, salamı almırlar”

Təhsil

2 Avqust 2014, 10:11

Milli Məclisin deputatı Fazil Mustafa cəbhədəki itkilərimizlə bağlı Müdafiə Nazirliyini qınayıb. Modern.az-ın məlumatına görə, deputat qeyd edib ki, hələ yeni müdafiə naziri təyin olunan vaxtda ordu quruculuğu ilə bağlı bir sıra təkliflər verib:

“Bu gün baş verən hadisələr on il öncə komandir kimi xidmət etdiyim ərazidə olduğundan problemlər barədə əsasən təsəvvürüm var. Bu təkliflərdən biri də bu idi ki, yeni rəhbərlik heç olmazsa iki ayda bir Milli Məclisin Təhlükəsizlik, Dövlət Quruculuğu və İnsan Hüquqları Komitələrinin birləşmiş tərkibi ilə görüşüb fikir mübadiləsi aparsın, aldığımız bilgiləri ordu rəhbərliyi ilə bölüşə bilək və ən azı qanunvericilikdə olan natamamlıqların da aradan qaldırılmasında köməklik edək. Orduya parlament nəzarəti deyilən mexanizm Azərbaycandan başqa dünyanın hər yerində var. Hərbi ombudsman institutunun təsis olunması ordudakı qanunsuzluqların aradan qalxmasına kömək edə bilər və s. İndi oturub deputatları ittiham edəndə bu nüansları da diqqətdən qaçırmamaq lazım. Ordu qapalı müəssisədir, salam veririk, salamı almırlar. İndiyədək bir dəfə də olsun müdafiə naziri Milli Məclisi hansısa mövzu ilə bağlı qapalı formada belə, məlumatlandırmayıb. Fərdi təşəbbüslə məsələləri həll etmək isə bu sahədə demək olar ki, mümkünsüzdür”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza