Modern.az

Prezidentlər “Neftçi”-“Çixura” oyunundakı təxribatdan DANIŞDI

 Prezidentlər “Neftçi”-“Çixura” oyunundakı təxribatdan DANIŞDI

Təhsil

2 Avqust 2014, 10:10


Azərbaycan Prezidenti İlham Əliyevlə  Gürcüstan dövlət başçısı Georgi Marqvelaşvili arasında telefon danışığı olub.

Modern.az gürcü mənbələrinə istinadən xəbər verir ki, hər iki ölkə rəhbəri ikitərəfli münasibətləri müzakirə ediblər.

Söhbət zamanı Bakının “Neftçi” klubu ilə  Gürcüstanın Çixura futbol klubunun qarşılaşmasında baş verən təxribat hadisəsinə də toxunulub.Azərbaycan və Gürcüstan prezidentləri bildirib ki, belə hadisələr iki ölkə arasında dostluq əlaqələrinə təsir edə bilməz.

Qeyd edək ki, "Bakcell Arena" stadionunda “Neftçi” ilə “Çixura” matçında gürcü azarkeşlər təxribata əl atıb. Belə ki, onlar Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi göstərilən xəritə lövhəni stadionda nümayiş etdiriblər.  

 Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza