İyulun 31-dən 1-nə keçən gecə erməni silahlıları ilə atışmada şəhid olan Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış Hüseyn Abdinovun cənazəsi artıq yaşadığı ünvana gətirilib. Modern.az-ın məlumatına görə, görə, şəhid əsgərimizlə vida mərasimi bu gün saat Sumqayıt Şəhidlər Xiyabanında keçiriləcək və şəhid əsgərimiz orda torpağa tağşırılacaq.
Sumqayıt şəhər İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru müdiri Ayaz İmaməliyevin verdiyi məlumata görə, dəfn mərasimi artıq başlayıb: “Dəfn mərasimində şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, idarə və müəssisələrin rəhbərləri, şəhər ziyalılar iştirak edir”.
Qeyd edək ki, son iki gün ərzində erməni silahlıları ilə atışma nəticəsində Azərbaycan ordusu 12 əsgərini itirib.
Rüfanə GÜNƏŞ