Modern.az

Eks-deputat Nizami İsgəndərov haqqında yazılanları təkzib etdi: “…utanın!”

Eks-deputat Nizami İsgəndərov haqqında yazılanları təkzib etdi: “…utanın!”

2 Avqust 2014, 10:42

Sabiq deputat Nizami İsgəndərovun bəzi KİV-lərdə haqqında yazılanlara münasibət bildirib. Modern.az saytına açıqlamasında eks-deputat kimlərinsə onun adının gündəmə gətirilməsində maraqlı olsuğunu deyib:

“Bu gün Azərbaycan ən çətin günlərindən birini yaşayır. Cəbhədə xeyli ӧvladımızı şəhid vermişik. Allah bütün şəhidlərimizə rəhmət etsin, xalqımıza mətin olmağı arzulayıram. Belə bir ağır gündə bəzi fürsətçilər mətbuatı yanlış yerə istiqamətələndirərək, gorünür fikirləri ermənilərin üzərindən yayındırmağa çalışırlar.  Bu səbəbdən də mətbuatı qınamıram. Onlar ӧz işlərini gӧrürlər. Amma bəzi fürsətçilər isə təəssüf ki, bundan sui- istifadə edir”.

Ek-deputat deyib ki, haqqımda yazılanların heç bir əsası yoxdur.

“Bundan şübhəsi olan hər kəsin, o cümlədən mətbuatın araşdırma haqqı var. Buyursunlar yazılanları yerindəcə araşdırsınlar. Mənim haqqımda məlumat verən şəxsin əlində faktı varsa, buyurub ortaya qoysun. İstənilən halda üzləşməyə hazıram. Mətbuatdakı yazıda sӧzügedən ərazidə hər hansı bir tikintinin olduğunu təsadüfən ӧyrənmişəm. Elə bir tikinti varsa, demək ki, bunun sənədləri də var. 

Yazıda tək mənimlə bağlı deyil, Sumqayıt şəhər rəhbərliyi və şəhərin ekologiyasilə də bağlı düzgün olmayan məlumatlar verilib. Son illər dӧvlət başçımız cənab İlham Əliyevin nəzarəti altında ӧlkənin hər yerində olduğu kimi, Sumqayıtda da ciddi islahatlar və abadlıq işləri aparılıb ki, bu da gӧz qabağındadır.
Son olaraq mətbuatı yanlış yerə istiqamətləndirənlərə üzümü tutub deyirəm, əlinizi vicdanınıza qoyaraq heç olmasa belə bir gündə vətənimiz üçün canlarını fəda etmiş əziz şəhidlərimizin ruhundan utanın. Hesab edirəm ki, bu gün belə cılız oyunlar oynamaqdansa hamımızın bir borcu var. O da Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşib onun apardığı uğurlu siyasəti dəstəkləməkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza