Modern.az

Rusiya Azərbaycana möhtac oldu: “Azərbaycan çox əhəmiyyətlidir”

Rusiya Azərbaycana möhtac oldu: “Azərbaycan çox əhəmiyyətlidir”

Təhsil

2 Avqust 2014, 11:04


“Rusiya bazarı Azərbaycan malları üçün açılıb. Azərbaycan malları Rusiya bazarlarındakı piştaxtaları doldura bilər. Çünki Rusiya ilə Avropa Birliyi arasında əlaqələrin kəskin soyuması ilə əlaqədar Azərbaycanla əməkdaşlığı genişləndirməliyik”.
Modern.az saytının məlumatına görə bu sözləri Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Aleksey Alekseyenko bildirib. Onun sözlərinə görə Rusiya bazarı üçün istehsalı artırmaq Azərbaycandan asılıdır. Federal xidmətin rəsmisi söyləyib ki, Rusiyada həqiqətin ərzaqlara, tərəvəzlərə ehtiyac var və yaranan boşluğu Azərbaycandan idxal edilən mallar doldura bilər.

“Güman edirəm ki, idxal daha çox ola bilər, çünki Azərbaycanın potensialı  kifayət qədərdir. Ola bilər ki, Türkiyənin də potensialı var, amma Azərbaycan çox əhəmiyyətlidir”,-deyə A.Alekseyenko bildirib.

Xidmət təmsilçisi bu sferada Rusiya-Azərbaycan birgə müəssisəsinin yaradılmasının vaxtının çatdığını qeyd edib.
“Belə bir müəssisənin yaradılması məhsul istehsalında Rusiya qanunvericiliyinin bütün tələblərini nəzərə almağa imkan verəcək. Yəni bizim federal idarəmizlə problem olmayacaq. Ortaq müəssisənin yaradılması tamamilə realdır”.

Qeyd edək ki, rəsmi Moskva  Polşadan idxal edilən məhsulların 1 avqustdan etibarən  Rusiya bazarlarından yığışdırılması üçün qərar verib. Səbəb kimi Polşa tərəfinin standartlarla bağlı sənədlərində problem olduğu göstərilib.

Aqşin Kərimov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza