Cəbhədən gələn ağır xəbərlər hamı kimi Yeni Azərbaycan Partiyasının qadın üzvlərini də narahat edib.
Modern.az saytının məlumatına görə, hazırda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının nümayəndələri şəhidlərimizin dəfn mərasimində iştirak etmək üçün Quba, Xaçmaz, Salyan, Sumqayıt, Qazax və s. bölgələrdədirlər. Onlar şəhid ailələrinə dəstək olmaq, vətən uğrunda birlik nümayiş etdirmək adına bu addımı atıb.Qeyd edək ki, Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, cəbhə bölgəsində gedən döyüşlərdə 13 şəhid vermişik. Nazirlik hələ də cəbhə bölgəsində vəziyyətin gərgin olduğunu bildirir.
Gülşən RAUFQIZI