Modern.az

Milli Ordumuzun məhv etdiyi erməni hərbçisi zabit imiş

Milli Ordumuzun məhv etdiyi erməni hərbçisi zabit imiş

Təhsil

2 Avqust 2014, 14:03


Ötən gecə Azərbaycan-Ermənistan qoşunlarının Dağlıq Qarabağ istiqamçətindəki

təmas xəttində öldürülən erməni hərbçisinin baş leytenant olduğu müəyyn olunub.

Modern.az xəbər verir ki, Ermənistanın Dağlıq Qarabğda yerləşən N saylı hərbi hissəsində baş leytenant rütbəsində xidmət edən 1989-cu il təvəllüdlü Zorik Jirayroviç Qevorqyan Dağlıq Qarabağın separatçı rejimi tərəfindən ölümüdən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Bununla bağlı separatçıların lideri Bako Saakyan fərman imzalayıb.

 Xatırladaq ki, ötən gecəki diversiyalar zamanı 3 erməni hərbçisi də yaralanıb. Amma erməni tərəfinin itkilərin sayının gizlətdiyi istsna deyil  

 Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza