Modern.az

“Şuşaya azadlıq” kampaniyasının Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu mətbuata müraciət etdi

“Şuşaya azadlıq” kampaniyasının Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu mətbuata müraciət etdi

2 Avqust 2014, 14:44

Parlament Jurnalistləri Birliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının start verdiyi “Şuşaya azadlıq” kampaniyası çərçivəsində yaradılmış Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinə müraciət ünanlayıb. 


Modern.az saytı xəbər verir ki, müraciətdə deyilir:

- Son günlər cəhbə xəttində baş verən hadisələrlə bağlı Azərbaycanda faəliyyət göstərən bəzi KİV-lər (xüsusilə saytlar) bilərəkdən, yaxud bilməyərəkdən erməni təbliğat maşınına xidmət göstərirlər. Unutmamalıyıq ki, yaşadığımız zaman kəsiyində müharibələrdə yalnız silahlar işləmir. İnformasiya müharibəsi daha aktual, daha təsirli vasitə kimi ortadadır və bu müstəvidə qalib gələnlər bütün sahələrdə qalib olur.

Təəssüf ki, bəzi hallarda bizdə media mənsubları bu məsələnin o qədər də fərqinə vara bilmirlər. Nəticədə əsgər ölümü, Azərbaycan kəndlərinin guya boşaldılması, itkilərlə bağlı məsələləri az qala şouya çevirirlər. Bu, birmənalı şəkildə yolverilməzdir və birbaşa Ermənistana dəstək deməkdir. Həmin media mənsublarına müraciət edirik: Bu günə qədər bir erməni qəzetində, saytında Ermənistanın əlyehinə bir məlumat görmüsünüzmü? Yaxud Azərbaycanın lehinə erməni mətbuatında bir xəbərə rast gəlmisinizmi?

Ermənistan mətbuatı bu məsələdə koordinə edilmiş şəkildə çox ciddi və az qala zərgər dəqiqliyi ilə işləyir. Biz nə edirik? Ermənistan mətbuatının Azərbaycan əleyhinə yaydığı dezinformasiyaları nöqtə, vürgülünə toxunmadan öz saytlarımızda yerləşdiririk.

Dövlətimiz, millətimiz üçün ən həssas, ağrılı məsələdə belə mövqe nümayiş etdirmək Ermənistana kömək deməkdir. Ona görə də bütövlükdə Azərbaycanda fəaliyyət göstərən KİV-lərdən xahiş edirik ki, heç olmasa Qarabağ, müharibə, ordu, ölkəmizin təhlükəsizliyi kimi məsələlərdə yanlışlışlaqa yol verməsinlər, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu