Modern.az

Rusiyada ruslarla əlbəyaxa olan azərbaycanlılara hökm oxunub

Rusiyada ruslarla əlbəyaxa olan azərbaycanlılara hökm oxunub

Təhsil

2 Avqust 2014, 16:25


Rusiyanın Tver şəhər məhkəməsi 2013-cü ilin aprelində “Morozov Holl” ticarət mərkəzində azərbaycanlılarla ruslar arasında baş verən kütləvi dava iştirakçıları ilə bağlı hökm oxuyub.

Modern.az rus KİV-lərinə istinadən xəbər verir ki. məhkəmənin qərarı ilə kütləvi davada bıçaq və pnevmatik tapançadan istifadə edən azərbaycanlılar Elvar Cabbarov və Fəxri Məmmədov müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Cabbarov 1 il yarım, Fəxri Məmmədov isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.  

Onlar ticarət mərkəzinin qarşısında yaranan mübahisə zamanı 4 rus əsilli vətəndaşa müxtəlif dərəcəli xəsarətlər yetirmişdilər.  

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza