Modern.az

Daha iki şəhidimiz Biləsuvarda dəfn olundu - FOTO

Daha iki şəhidimiz Biləsuvarda dəfn olundu - FOTO

Təhsil

2 Avqust 2014, 21:15

Cəbhə xəttində düşmənin hücumunu dəf edərkən şəhid olmuş gizirlər - 27 yaşlı Rahil Əfsər oğlu Hüseynov və həmkəndlisi, 34 yaşlı Pərvin Səlahəddin oğlu Əliyev doğulduqları Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn edilib.

Dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin qohumları, ictimaiyyət nümayəndələri və şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri iştirak ediblər.

Üçrəngli bayrağımıza bürünmüş hər iki şəhidin nəşi evlərinə, oradan isə kənd qəbiristanlığına aparılıb, ruhlarına dualar oxunub. Yaylım atəşindən sonra şəhidlər torpağa tapşırılıb.

Qeyd edək ki, R.Hüseynov nişanlı, digər hərbçi P.Əliyev isə ailəli olub, iki övladı var.(Trend)

Allah rəhmət eləsin!


 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza