Modern.az

Dünəndən Göygöl rayonunda istirahət mərkəzlərinin işıqları söndürülüb

Dünəndən Göygöl rayonunda istirahət mərkəzlərinin işıqları söndürülüb

Təhsil

2 Avqust 2014, 23:09


Dünən günorta saatlarından Göygöl rayonunun Hacıkənd ə ərazisndə fəaliyyət göstərən istirahət mərkəzlərinə verilən elektirik enerjisi söndürülüb. Rayonun Aşıqlı kəndi ilə Toğanalı kəndi arasında olan ərazidə fəaliyyət göstərən bütün istirahət müəssisələri iflic olub.

Bu barədə Modern.az saytına Göygöldən məlumat verilib. Bu gün 40-dan artıq sahibkar məsələ ilə bağlı Göygöl Elektirik Şəbəkəsində olublar. İdarədən şikayətçilərə bildiriblər ki, məsələ onlarla bağlı deyil. Eyni zamanda yaxın zamanlarda həmin obyektlərə elektirik enerjisinin veriləcəyinə söz verilməyib. Sahibkarlar məsələ ilə bağlı yuxarı instansiyalara müraciət edəcəklərini bildiriblər.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza