Bu fikirləri son günlər cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı məsələyə münasibət bildirən millət vəkili İlham Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti, Ali BAş Komandanın Ordu quruculuğu istiqamətində apardığı işlər öz müsbət nəticələrini verir: “Mən bütün cəbhəboyu bölgələrlə əlaqə saxlayıram. Çox yüksək əhval-ruhiyyə var. İndi uşaqdan tutmuş böyüyə qədər hamı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırdır. Kimi dindirirsən “Mən hazıram” deyir. Bilirsiniz, müharibədə yalnız silahın gücünə qalib gəlmək mümkün deyil. Burada əzm, iradə, ruh böyük önəm daşıyır. Bu mənda həm ordumuz, həm də bütövlükdə xalqımızda böyük ruh yüksəkliyi var. Təbii ki, ruh yüksəkliyi ilə texniki gücün bir yerdə olması qələbəmizin təminatçısıdır. Buna görə Ali BAş Komandanımıza minnətdar olmalıyıq.
Son hadisələr bird aha onu göstərdi ki, Azərbaycan öz torpaqlarını öz gücü ilə azad etməyə qadirdir. İndi internet əsridir. Ermənistan itkilərini gizlətməyə çalışsa da, hər şey bizə aydındır. Düşmən tərəf ciddi itki ilə geri çəkildi”.
İ. Məmmədov millət vəkili olaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə atılmağa hazır olduğunu deyib: “Deputat həmkarlarımın hər biri bu fikirdərirlər. Ali Baş Komandanımızın əmrini gözləyirik”.
Modern.az