Parlament Jurnalistləri Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının start verdiyi “Şuşaya azadlıq” kampaniyası çərçivəsində yaradılmış Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu son zamanlar Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı beynəlxalq təşkilatlara mütraciət ünvanlayıb. Beynəlxalq jurnalist təşkilatlarına, ATƏT-in Minsk Qrupuna, Avropa Şurası Parlament Assambleyasına, BMT-yə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ünvanlanan müraciətdə azərbaycanlı jurnalistlər bu qurumların diqqətini Ermənistanın son günlər ərzində tötərdiyi qətliamlara yönəltməyə çağırıb.
Müraciətdə daha sonra deyilir: “Son günlər Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən diversiya qrupları şəklində hücuma keçiblər. Nəticədə 10-dan çox Azərbaycan həbçisi həlak olub. Xeyli sayda dinc sakin də bu hücum nəticəsində öz həyatlarını itiriblər.
Lakin Ermənistan tərəfi bu vandal əməllərini ört-badır etmək üçün yenə köhnə ənənələrini işə salıblar. Guya Azərbaycan tərəfi hücuma keçib. Ermənistan bununla özünə haqq qazandırmaq istəyir. Biz Azərbaycan jurnalistləri olaraq Ermənistanın bu addımımnı pisləyir, beynəlxalq təşkilatlardan, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslardan məsələni diqqətə almağı xahiş edirik”.
Modern.az