Cəbhə xəttində ötən gün Azərbaycan silahlı bölmələri ilə atışmada yaralanan erməniəsgəri Sərkis Movsisyan yerləşdirildiyi qospitalda ölüb. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünün facebook hesabında yayıb.
Qeyd edək ki, bir neçə gündür cəbhədə gərginlik davam edir. Azərbaycan Milli Ordusu düşmənin kəşfiyyat-təxribat hərəkətlərinin qarşısını alarkən 12 hərbçisini şəhid verib.Ermənistan tərəfinin isə rəsmi açıqlamalarına görə 4 erməni hərbçisi ölüb. Lakin ermənilərin informasiya müharibəsinə uyğun olaraq ölənlərinin sayını məharətlə gizlətdiyi bildirilir.
Modern.az