Modern.az

Zakir Həsənov Silahlı Qüvvələrə dəstək olanlara təşəkkür etdi

Zakir Həsənov Silahlı Qüvvələrə dəstək olanlara təşəkkür etdi

3 Avqust 2014, 19:41

”Son günlər Müdafiə Nazirliyinin ünvanına keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən düşməni məhv edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur”. Modern.az-ın məlumatına görə, bu açıqlama ilə Müdafiə Nazirliyi çıxış edib.

”Vətəndaşlarımızın bu cür çağırışları şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir”-deyə nazirlik bəyan edib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti vətənpərvərlik çağırışları ilə zəngin bu müraciətlərin şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərdiyini bildirir və bu təşəbbüsü minnətdarlıqla qarşılayır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza