Modern.az

Prezidentin qızından şəhid ailələrinə başsağlığı

Prezidentin qızından şəhid ailələrinə başsağlığı

Təhsil

4 Avqust 2014, 01:35


Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva son günlər cəbhədə şəhid olmuş Silahlı Qüvvələrimizin hərbçilərinin ailələrinə başsağlığı verib.
Modern.az-ın məlumatına görə, L.Əliyeva Facebookda bu haqda yazıb:

Şəhidlərin ailələrinə başsağlığımı ifadə edirəm! Həlak olmuş əsgərlərimiz Azərbaycanın müstəqilliyini müdafiə edərək, onun milli azadlığını, torpaqlarını qoruyub. Onların qəhrəmanlığı, Azərbaycan xalqı qarşısında böyük xidmətləri heç vaxt unudulmayacaq, onlar mənim ürəyimdə əbədi yaşayacaq.

Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın ailələri onlarla fəxr edə bilərlər. Çünki onlar müstəqil Azərbaycan üçün belə şücaətli oğullar, qəhrəmanlar böyüdüblər. Şəhidlərin ailələrinə daimi diqqət hər bir vətəndaşın borcudur, dövlətin, hökumətin, mənim, sizin borcunuzdur. Biz heç vaxt onları unutmamalıyıq. Bilin ki, mən həmişə sizinlə, xalqlayam və ömrümün sonunadək sizinlə qalacağam!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza