Dünən gecə cəbhə bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs yenidən pozulub. İriçapılı pulemyot və işıq saçan güllələrlə başlayan atəşkəs davam edib. Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın işğal altında olan Güllücə və Nəmirli kəndlərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutub.
Qarşı tərəfin iriçapılı pulemyotlarla və işıq saçan güllələrlə həyata keçirdiyi atəşkəs hal-hazırda da davam edir.
Orta Qərvənd istiqamətində də atəşkəs pozulsa da bu hal təxminən yarım saat davam edib. Tərtər, Goranboy, Qazax, Tovuz istiqamətlərində də ermənilər atəşkəsi pozublar. Rəsmi məlumata görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfindən xəsarət alan omayıb.
Modern.az