Modern.az

İsrail Con Kerrinin telefon danışıqlarını dinləyib – İDDİA

İsrail Con Kerrinin telefon danışıqlarını dinləyib – İDDİA

Təhsil

4 Avqust 2014, 09:40


ABŞ dövlət katibi Con Kerrinin ötən il Yaxın Şərqdə sülhyaratma prosesi ilə bağlı apardığı telefon danışıqları İsrail xüsusi xidmət orqanları tərəfindən dinlənilib.

Modern.az saytı xəbər verir ki, bu iddia ilə Almaniyanın “Der Şpigel” nəşri çıxış edib. Adıçəkilən mətbuat orqanının kəşfiyyat mənbələrinə istinadən verdiyi məlumata görə İsrail və Fələstin arasında vasitəçilik edən Con Kerrinin ərəb ölkələri ilə apardığı telefon danışıqları rəsmi Təl-Əviv tərəfindən dinlənilib.

“Der Şpigel” onu da  iddia edib ki, İsraillə yanaşı, Rusiya və Çin kəşfiyyatı da Con Kerrinin telefon söhbətlərinə qulaq asıb.

Modern.az    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza