Dünən Yeni Azərbaycan Partiyasının xətti ilə Milli Məclisin deputatı Məlahət İbrahimqızı Gəncə və digər sərhəd bölgəsində yerləşən hospitallarda olub.
Səfər çərçivəsində deputat Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində hücumu zamanı yaralanan əsgər, zabit və onların valideynləri, eləcə də hərbçilərlə görüşüb.Modern.az saytına verdiyi məlumatda M.İbrahimqızı qeyd edib ki, yaralı əsgərlər və onların valideynləri ilə görüş zamanı böyük ruh yüksəkliyinin şahidi olub: “Yaralı əsgərlərimiz yaralarının tez sağalmasını, tezliklə cəhbə bölgəsinə qayıtmaq istədiklərini bildirdilər. Onların valideynlərində də böyuk əhval-ruhiyyə var idi. Bir daha əmin oldum ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin təhlükəsizliyi istiqamətində aparılan islahatlar öz nəticəsini verir. Bu gün Azərbaycan məğlubedilməz orduya malikdir. Bu, təkcə texnikanın gücü deyil. Xalqda Ali Baş Komandana inam var. Bu inam bizim qələbəmizin, yaxın zamanlarda torpaqlarımızın Ermənistanın işğalından azad ediləcəyinin təminatçısıdır. Biz əminik ki, Prezidentimizin rəhbərliyi ilə Azərbaycan hələ çox böyük uğurlara imza atacaq”.
Modern.az