Müdafiə Nazirliyi daha bir hərbçimizin şəhid olduğu barədə xəbər yayıb. Modern.az saytının məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib:
“Kədər hissi ilə bildiririk ki, həkimlərin səylərinə baxmayaraq düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!”.
Modern.az