
Qəbələ rayonu, Tikanlı kəndində (rayon mərkəzindən 8 km aralı) "Şahdağ" Milli Qoruğunun ərazisində 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır.
Modern.az xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.Yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 nəfər əməkdaşı, 10 nəfər milli qoruğun əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Gülşən RAUFQIZI