Hara gedir bu minvalla Sarvan Ata , bu karvan ?! Aman... Aman... Aman... Aman... ... Bir millətin dərd-sərini çəkə-çəkə zaman-zaman bu minvalla Hara gedir bu karvan ?! ... Sarvan Ata, gözlərində O qəm nədir ? Torpağının taleyinə Ögey qalmış övladların əməlinə heyrətdimi, nifrətdimi ?! Gözü yaşlı Təbrizdən , Urmiyadan, Dərbənddən , Göyçə elindən , Xudafərin körpüsündən , Şuşanın viran qalmış evlərindən həsrət dolu hicran nəğmələrini sinəsi parçalanmış bu millətin yaddaşına yaza-yaza Hara gedir bu minvalla bu karvan ?! ... Hər zamanın öz tufanı , Hər tufanın öz dastani . Bu dastanlar vətənini qorumaqçın Babalardan nəsillərə miras qalmış Yol nişanı . ... Vətən oğlu unudanda deyiləni , yazılanı , Qara yellər, dəli sellər parçalayıb , viran qoydu yurd-yuvanı , El-obanı . Ac quzğun tək pusqularda duran düşmən , Qanlı , çirkin niyyətinə yetmək üçün Azgınlaşıb gizli tələ quran düşmən Obamızı-yurdumuzu Yamğaladı , Vətənimin ürəyini damğaladı ! Ehey-he-hey... Şücaəti , hünəriylə Tarixlərdə öz sözünü deyən millət , Döyüşlərdə hər an zəfər çələngini geyən millət... Indi qəmə boyanıbmı ? Türk elləri Bir erməni dığasının qabağında Gözü nəmli dayanıbmı ? Hər zamanın öz tufanı , Hər tufanın öz dumanı . Peyğəmbərin tövsiyyəsi keçməyəndə Kafirlərin təpəsində oxunubdur İmam Əli qılıncının - Zülfüqarın şah dastanı ! Dünya qılınc Dünyasıdır , Qılınc haqqın Aynasıdır ! Müstəqillik həsrətiylə çirpınan xalq , Buyur yaşa ulu tarix qarşısında imtahanı ! Dünya evi hamı üçün , tarix evi mərdlərindir ! Indi göstər hünərini ulu millət ! Ey ürəyi Vətən eşqi atəşiylə dolu millət ! ... Ötür zaman .., dayanmadan Gedir karvan...! Aman... Aman...! Xəyalımda haçalanır Şəhidlərin son nəfəsdə haray səsi - Zəmanənin Şah nəğmıəsi - “Qarabağın şikəstəsi” ! Şikəstənin sədaları Oyatmazmı yatanları ? El dərdini , Yurd dərdini unudaraq , Şöhrət eşqi , Sərvət eşqi , Rüşvət eşqi girdabında Günahlara batanları !? Sarvan Ata , Dinlə məni , Urəyimdən keçənləri ; Ötən illər sərt gəldi , Ötən illər mərd gəldi , Müstəqillik yolunda Daş üstə daş qoysaq da , Dərd üstünə dərd gəldi ! Aylar nə tez sovuşdu , İllər nə tez qovuşdu , Vətən nisgili ilə Saçımıza dən düşdü . Ötür aylar , ötür il , Qəlblərdə yenə nisgil ! İçimizi göynədən Ağrıları sən də bil , Sənə bir sualım var , Səmt soruşan yol tapar ; -Doğrudanmı Qarabağ Bu il azad olacaq ? Doğrudanmı Xan Çoban Qayıdacaq elinə ? Boynu bükük Saralar Gül taxacaq telinə ? Doğrudanmı ATƏT-in Xəbər paylaşanlari , Siyasət durğunları Bir gun aça biləcək Bu düyünü bu bağı ? Axı harda qalıbdır Ədalətin çırağı ? Doğrudanmı yurdumun Azadlıq halvasını , Can vermiş şəhidlərin O qisas havasını Bizçin yadlar çalacaq ? Kim bundan kam alacaq ? “Danışıqlar " Adiyla Zamanı ötürərək Xəyanətkar düşmənlər Unutdurmaq istəyir Yoxsa ki, Qarabağı ? Hansı millət daşıyar Sinəsində bu dağı ? Sarvan Ata, Görəsən , Akif Nağı fəryadlı , könlu vətən sorağli , ruhu döyuş havali , Minlərlə qarabağlı , qəlbi təlaş , gözündə yaş , əlində daş , Zaman-zaman hayqırdığı:- “Yalnız savaş, Yalnız savaş Qurtaracaq şüarından əl çəkəcək ? Bu mərəkə elə-belə bitəcək ? Ehey...hey... hey... Dərdə şərik çıxan qardaş , Eşit məni , hay ver , qardaş ! Hay ver, qardaş ! Əgər sussa bu millətin Say-seçimli kişiləri , Qeyrət çəkən erkəkləri , dişiləri , Əgər sussa Səlahiyyət sahibləri , Əgər sussa Tofiq Əli, Rafiq Əli, Bədəl Bəyli, Kərim Bəyli, Əgər sussa bazburutlu nər ərənlər- Bankir Vəli, Petrol Ağa, Qurd İbrahim, Dəmir Tağı , Əgər sussa Qırğı Altay, Ox Sabutay Qılınc Kamal, Zəncir Ziya, Əgər sussa Bibiheybət məscidində Ulu Heydər minarəsi , Nardaranda azan səsi , Hacı Mahir kəlamının fəlsəfəsi , Ölkə-ölkə Millətimi tanıtdıran , Alim Qasım zənguləsi , Əgər sussa axan çaylar , daş saraylar , Əgər sussa Hökumətin dəyirmanı , Muxaliflərin meydanı , Əgər sussa bu millətin solu , sağı , Qaytararmı öz xoşuna düşmən bizə Qarabağı ? İçimizdə susmayan Bir hıçqırtı , qəhər var ! Azərbaycan qeyrətində Soyqırıma tuş gələn Xocalıtək Bir viranə şəhər var ! Bu ləkəni kim unutsun ? Ləyaqəti tapdalanmış Bir dövlətin Generalı, ya əsgəri necə sussun ? Mübariz tək igidlərin ruhu kimi , Ümidimiz İstəyimiz Son anda da susan deyil ! susan deyil ! Yollar çəkən , Evlər tikən , Yer şumlayan , Bağlar əkən , Allahına səcdə qılan Millətimin balaları səslərini kəsən deyil ! Səslərini kəsən deyil ! Biz zəfər nəğməsiylə Tarixdə qalasıyıq ! Vətən üçün, xalq üçün Can vermiş şəhidlərin qisasın alasıyıq ! .... Ehey...hey... hey... Dərdə şərik çıxan qardaş , Eşit məni , Eşit, qardaş ; Azərbaycan adında Bu məmləkət mənimdir ! Bu məmləkət sənindir ! Üçrəngli bayrağiyla müstəqillik qazanan Azərbaycan torpağı Bizim Vətənimizdir ! ! ..... Ötür zaman , Dayanmadan Gedir Karvan ... Xəyalimda hacalanir Şəhidlərin son nəfəsdə haray səsi - Zəmanənin şah nəğməsi - Aman... aman ... Aman ... aman ...!Mustafa Qula Bala
Heydər baba, mərd oğullar doğginən!
M.H.Şəhriyar
Qarabağı "
,, Qarabağin şikəstəsi " !