Modern.az

“Cəbhədə sabitlikdir, Bakıda isə bəziləri milçəkdən fil düzəldir” - Təmas xəttindəki jurnalist

“Cəbhədə sabitlikdir, Bakıda isə bəziləri milçəkdən fil düzəldir” - Təmas xəttindəki jurnalist

Təhsil

4 Avqust 2014, 11:37

“Hər şey qaydasındadır, insanlar həmişə olduğu kimi, normal həyata davam edir. Əhali də mal-qarasını sərbəst otarır, əkin-biçinini edir”. Bunu Modern.az-a hazırda Goranboy rayonundakı cəbhə xəttində xidməti ezamiyyətdə olan APA-nın müxbiri Rəşad Süleymanov deyib.

“Düşmənlə çox yaxın məsafədəyik. Hazırda sabit durumdur. Ermənilər daha çox gecə vaxtı atəskəsi pozur. Düşmənə layiqli cavab verilir”. 

R.Süleymanov jurnalist həmkarlarını da qınayıb. “Xəbər saytları dezinformasiya yaymaqla məşğuldur. Milçəkdən fil düzəldilir. Belə başa düşülür ki, Bakıda “ay-pi” (İP) müharibəsi gedir”.

Məltəm Talıbzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza