Modern.az

Nazirliyin polkovniki yol qəzasında ölüb, azyaşlı oğlu yaralanıb - YENİLƏNİB

 Nazirliyin polkovniki yol qəzasında ölüb, azyaşlı oğlu yaralanıb - YENİLƏNİB

Təhsil

4 Avqust 2014, 13:42


Bakıda ağır yol qəzası baş verib. Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 3-də Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Bayram Ağayevin idarə etdiyi "Volkswagen” markalı maşınla toqquşub. Nəticədə F. Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən F. Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb. Faktla bağlı araşdırma aparılır.   

***

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, avqustun 3-də saat 17 radələrində Pirallahı rayonu Dübəndi qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Fuad Allahverdiyevin idarə etdiyi “Mercedes”, Bayramqulu Ağayevin idarə etdiyi “Volkswagen” və Elşad Ağayevin idarə etdiyi “QAZ-21” markalı avtomobillər toqquşub. F.Allahverdiyev hadisə yerində ölüb, sərnişini, azyaşlı oğlu Yusif, habelə B.Ağayev və sərnişinləri Rasim Suleymanov, Əlvanə Məmmədova və onun azyaşlı qızı Aysu xəstəxanaya yerləşdirilib.

Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza