Modern.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ və Qazax filiallarının yazar komandası cəbhənin təmas xəttinə - cəbhəyanı kəndlərə və əsgərlərə baş çəkiblər.
Barat Vüsal (AYB-in Qazax filialının rəhbəri): “Hər zaman çalışmışıq ki, cəbhədə olanlarla əlaqədə olaq. Nəyə gücümüz çatıbsa, əsgərlərə çatdırmışıq. Sözsüz ki, bizim filial yenə də əsgərlərin yanında olacaq”.
Ənvər Əhməd (AYB-in Qarabağ filialının rəhbəri): “Özüm 22 il Xankəndində işləmişəm. Atəşkəs dövründə tez-tez əsgərlərə baş çəkmişik. Bakıdan da hörmətli qonaqları dəvət edib şəxsən özüm görüşlər təşkil etmişəm. Anar, Fikrət Qoca və başqalarını cəbhə xəttinə əsgərlərlə görüşə dəvət etmişəm və onlar da gəlib. Bu il də orada olduq. Bütün şair və yazıçıların belə məqamda əsgərlərin yanında olması çox vacibdir. Onların yanında konsertlər də verilməlidir, şeir də oxunmalıdır”.
Elmin Nuri