Modern.az

Ekologiya Nazirliyi Şahdağdakı yanğınla bağlı məlumat yaydı

Ekologiya Nazirliyi Şahdağdakı yanğınla bağlı məlumat yaydı

Təhsil

4 Avqust 2014, 13:05


Avqustun 3-də Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin Xaçmaz bölməsinin 3-cü dolayının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  ilkin ehtimala görə ildırım nəticəsində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının  köməyi ilə 4 avqust 2014-cü il tarixində səhər saat 11 radələrində söndürülüb. Yanğın nəticəsində ərazidəki quru ot və kol örtüyünə ziyan dəyib. Avqustun 3-də saat 14:00-da Şahdağ Milli Parkının Oğuz  meşəbəyliyinin 8-ci dolayında da yanğın hadisəsi baş verib. 

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin müvafiq yerli qurumlarının əməkdaşları yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza