Modern.az saytı xəbər verir ki, AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “İnfeksion və qeyri-infeksion xəstəliklər” jurnalının redaksiya heyətinin tərkibinə daxil edilib. Bununla bağlı jurnalın baş redaktoru Dr. Liza Broun tərəfindən məktub daxil olub.
C.Əliyevə ünvanlana məktubda deyilir: “Biz böyük məmnuniyyətlə Sizi də jurnalımızın redaksiya heyətinin üzvü olmağa dəvət edirik. Hesab edirik ki, Sizin kimi nüfuzlu alimin redaksiya heyətinin tərkibində olmağı bizim üçün fəxrdir və Sizin təcrübəniz və ekspert kimi yüksək professionallığınız elmi cəmiyyətlərin daha da inkişafına imkan yaradar”.
Elmin Nuri