Modern.az

Ukraynadan 500 tanınmış rus ictimai xadiminin ölkəyə girişinə qadağa

Ukraynadan 500  tanınmış rus ictimai xadiminin ölkəyə girişinə qadağa

Təhsil

4 Avqust 2014, 14:40

Ukrayna Xarici İşlər Nazirliyinin məsləhətçisi Anton Geraşşenko ölkənin “arzuolunmaz şəxslər” siyahısını genişləndirəcəyini bəyan edib.

Modern.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Geraşşenko mətbuat konfransı zamanı məlumat verib.

“Biz hazırda Krımın Rusiya tərəfindən ilhaqını dəstəkləyən 500 ictimai xadimin ölkəyə gəlişinə qadağa qoyacayıq”.

Onun fikrincə, xüsusən rus müğənniləri və mədəniyyət xadimləri Ukraynada konsertlər verərək pul qazanırlar.

“Onların Ukraynada pul qazanmalarına son vermək lazımdr. Qoy getsinlər Krımdakı boş çimərliklərdə qağayılara konsert versinlər”, – deyə Ukraynanın rəsmi nümayəndəsi deyib.

Xatırladaq ki, bundan öncə Latviya Ukrayna məsələsində tutduğu mövqeyə görə İosif Kabzon, Oleq Qazmanov və müğənni Valeriyanı ölkəyə buraxmaqdan imtina edib.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza