“ATƏT-in Minsk Qrupunun həmsədrləri son günlər atəşkəs bölgəsində-cəbhə xəttində ciddi şəkildə problemlərin yaranmasından, insan tələfatından narahatdır”. Bu barədə Modern.az saytına Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvü, deputat Eldar İbrahimov bildirib.
O qeyd edib ki, son zamanlar ATƏT-in Minsk Qrupuna üzv olan dövlətlər-ABŞ, Rusiya və Fransa Qarabağ məsələsinin həllində xeyli maraqlı görünürlər:
“Ona görə də həmin ölkələr indiki məqamda cəbhə bölgəsində yaranan problemlər və Ermənistan tərəfinin təqsiri ucbatından onlarla insanın həyatının itirilməsi məsələsindən ciddi şəkildə narahatdır. Bununla bağlı hesab edirəm ki, yaxın zamanlarda ciddi bəyənatla çıxış edəcəklər”.Gülşən Raufqızı