"Cəbhə xəttindən gələn ürəkağrıdıcı xəbərlər hər kəs kimi məni də hüznə boğdu. Əminəm ki, düşmən atəşkəs zamanı açdığı hər bir gülləyə, əsgər və zabitlərimizin qanına görə cavab verəcək. Biz gənclər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin hər an əmrinə hazırıq". Bunu Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov şəhidlərimizi anarkən deyib.
Nəcəf Novruzovun sözlərinə görə, heç bir ölkədə atəşkəs zamanı Azərbaycan ordusunun bu gün verdiyi itki qədər itki verilməyib: "Aralarında 18-19 yaşlı gənclərin olmasına baxmayaraq mərd, cəsur oğullarımız düşmənlə üz-üzə dayanaraq onların həmlələrini dəf etməyə nail olublar. Erməni təxribatçılarının aramsız atəşindən qorxmayan, sinələrini düşmən gülləsinə sipər edən igid əsgərlərimiz torpaqlarımızı layiqincə qorumaqdadırlar. Düşmənə ən layiqli cavabın Azərbaycan əsgərinin verəcəyi heç kəsdə şübhə doğurmur. Milli ordumuzun qəhrəman əsgərlərinə eşq olsun. Öz ölkəsi, xalqı üçün həyatını qurban verən şəhidlərimizə sonsuz rəhmət, ailələrinə isə başsağlığı verirəm. Şəhidlərin Ruhu və onların Valideyinləri qarşısında baş əyirəm. Var ol Azərbaycan!".
Modern.az