Modern.az

UEFA-ya müraciət edən “Qarabağ” Avstriyaya yollanır

UEFA-ya müraciət edən “Qarabağ” Avstriyaya yollanır

Təhsil

4 Avqust 2014, 16:42


Bu gün “Qarabağ” futbol klubu Avstriyaya yollanır. Modern.az-ın məlumatına görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Zalsburq”la cavab qarşılaşması üçün komanda Zalsburq şəhərinə yola düşəcək.
"Red Bull Arena"da baş tutacaq “Zalsburq” – “Qarabağ” oyunu avqustun 6-da saat 23:30-da başlayacaq. Oyunu şotlandiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Robert Madden olacaq. Ona həmyerliləri Qraham Çambers və Alastair Mazer köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Brian Kolvin yerinə yetirəcək.

Yeri gəlmişkən, “Qarabağ” "Zaltsburq"la oyuna qara sarğı ilə çıxa bilər. Bu barədə klubun baş məşqçisi Qurban Qurbanov məlumat verib. "Son günlər atəşkəsin pozulması nəticəsində bizim oğullarımız şəhid olub. Bizim üçün bu, çox ağrılıdır. İnşallah, sabah yaxşı nəticə əldə edib azerkeşləri sevindirərik" - deyə Q.Qurbanov qeyd edib.
Baş məşqçinin sözlərinə görə, artıq bununla bağlı UEFA-ya müraciət edilib: “UEFA adətən matça bir gün qalmış cavab verir. İnşallah, rəsmi qərar verilər və biz matça qara sarğı ilə çıxarıq".

Qeyd edək ki, iyulun 30-da keçirilən ilk qarşılaşmada komandamız 2-1 hesabı ilə qalib gəlmişdi.


Rüfanə GÜNƏŞ       

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza