Modern.az

Rauf Arifoğlu: “Nazir oğlu 50-dək jurnalistin çörəyinə haqsız yerə əl uzadır”

Rauf Arifoğlu: “Nazir oğlu 50-dək jurnalistin çörəyinə haqsız yerə əl uzadır”

Təhsil

4 Avqust 2014, 17:12


“Məhkəmə Qərarları İcrası İdarəsinin Nizami rayon şöbəsinin bir əməkdaşı ilə danışdım. Məlum oldu ki, 4 min manat vəsait məhkəmə qərarının icrasına yönəldilib. Yəni hesabımızda olan pulların hamısını götürmək istəyiblər”.

Bunu Modern.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

Qeyd edək ki, məşhur “Ayı işi”nin çəkişməsi zamanı məhkəmə nəqliyyat naziri Ziya Məmmədovun oğıu Anar Məmmədovun iddiasını təmin edib və bundan sonra məqaləni dərc edən “Yeni Müsavat” və “Azadlıq” qəzetləri müştərək qaydada 4 min manat cərimə olunub.

Artıq “Yeni Müsavat” qəzetinin bank hesabından cərimənin tutulmasına başlanılıb. R.Arifoğlunun sözlərinə görə, qanuna görə, redaksiyadan cərimə tələb edilə bilməz:

“Apelyasiya Məhkəməsi şikayətimizə baxır. Belə bir vəziyyətdə, yəni prosesin getdiyi bir halda icraçıların heç bir hüququ yoxdur ki, bizim bank hesabımıza həbs qoydursun və sanksiya eləsin. Bunu da şöbə əməkdaşının nəzərinə çatdırdıq. O tələm-tələsik dedi ki, artıq qərarlar hazırlanır və bu gün axşam məhkəməyə təqdim olunacaq, bu icra dayandırılacaq. Lakin dayandırılana qədər 1377 manat hesabdan çıxarılıb. Bu pulu kim qaytaracaq? Mənim iki əlim, onların bir yaxası olacaq. Onlardan əl çəkən deyiləm. Çünki bu jurnalistlərin puludur. Mən onun da nəzərinə çatdırdım ki, bir nazir övladı 50-dən yuxarı jurnalistin ruzisinə, çörəyinə haqsız yerə əl uzadır”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza