“İRƏLİ” İctimai Birliyinin dünya dövlətləri və beynəlxalq qurumlara göndərdiyi bəyanata rusiyalı gənclər də qoşuldu.
Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədinin və qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması, Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın edilməsi ilə əlaqədar olaraq, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası və təşkilatın Rusiyada yerləşən nümayəndəliyi vasitəsilə rusiyalı Azərbaycan gəncləri beynəlxalq qurumlara bəyanat göndərib.
Bəyanatda deyilir.
Müharibənin ağrılı və acılı nəticələrinin şahidi olan Azərbaycan Gəncləri adından BƏYAN EDİRİK :
Biz - Müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik.
Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırırıq.
Sizdən, Azərbaycan gənclərinin səsinə səs verməyinizi istəyirik!
Modern.az