Moskvanın Troitski məhkəməsi Ermənistan vətəndaşı, idarə etdiyi “KamAZ”la marşrut avtobusunun toqquşması nəticəsində 18 nəfərin olümünə səbəbkar olan Qraç Arutyunyanın 6 il 9 ay azadlıqdan məhrum olunması haqda hökm çıxarıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cəzasını ümumi rejimli həbsxanada çəkəcək erməni azadlığa çıxandan sonra 3 il nəqliyyat vasitəsi də idarə edə bilməyəcək. Məhkəmə onun təqsirinin tam sübuta yetirildiyini açıqlayıb.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan 6 nəfər Arutyunyanın ümumilikdə 16 milyon rubl ödəməsi haqda da iddia qaldırıb.
Modern.az