Modern.az

Ukrayna Jirinovski, Zyuqanov və Mironovu axtarışa verdi

Ukrayna Jirinovski, Zyuqanov və Mironovu axtarışa verdi

Təhsil

4 Avqust 2014, 22:21


Ukraynanın Daxili İşlər Nazirliyi Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, Kommunist Partiyasının sədri Gennadi Zyuqanov Ədalətli Rusiya Partiyasının rəhbəri Sergey Mironov haqqında axtarış elan edib.

Modern.az saytı İTAR-TASS-a istinadən xəər verir ki, bu barədə Ukrayna DİN məlumat yayıb. “Biz anlayırıq ki, onları Rusiya ərazisində həbs etmək alınmayacaq. Biz İnterpola bu şəxslərin başqa ölkələrə girişə imkan verməmək üçün müraciət edəcəyik”,-deyə məlumatda bildirilir.  

Qeyd edək ki, Ukrayna DİN 25 iyulda Gennadi Zyuqanovu və Vladimir Jirinovskini separatizmin maliyyələşdirilməsində şübhəli bilərək onlara qarşı cinayət işi açıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza