Modern.az

Türkiyə parlamentində qanlı dava - FOTOLAR+VİDEO

Türkiyə parlamentində qanlı dava - FOTOLAR+VİDEO

Təhsil

4 Avqust 2014, 22:30

Türkiyə Böyük Millət Məclisində (TBMM) Milliyyətçi Hərəkat Partiyası (MHP) və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri arasında dava düşüb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, dava zamanı iki millət vəkilinin burnundan qan da gəlib.

MHP-nin qrup təklifinin səsverməsində AKP-dən Divana kompas göndərən bəzi deputatların salonda olmadığına görə MHP-li Ali Uzunırmak “Saxtakar bunlar”, - deyib.

Bu zaman Baş Assambleyası zalına girən AKP-nin Malatya millət vəkili Mustafa Şahinin ona etiraz etməsi səbəbindən əvvəl iki deputat arasında, ardından da AKP və MHP-li deputatlar arasında kütləvi yumruqlaşmalar yaşanıb. Uzunırmakın və Şahinin burunları aldığı zərbə səbəbindən qanayıb.

MHP-li Sinan Oğan davaya sərt reaksiya göstərib. AKP-li deputatların onu da yaraladığı bildirilir.








Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza